10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bu il pambıq əkini sahələrini 25 faiz genişləndirib – Rayonlar üzrə SİYAHI

Azərbaycana xaricdən ən çox xarici valyuta gətirən aqrar məhsullardan biri pambığın əkin sahələri 2024-cü ildə 25 faiz genişləndirilib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İlin ilk 4 ayında yazlıq əkinlər üzrə göstəricilərə əsasən, respublika üzrə 90.34 min ha sahə pambıq əkilib. 2022-ci ildə ölkədə ümumi pambıq sahələrinin həcmi 72 min ha təşkil etmişdi.

2023-cü ildə 276.31 min ton pambıq yığımı, məhsuldarlıq isə hektara 29 sentner olub.

Ölkədən xaricə  69.38 min ton və ya $122.41 mln.-luq pambıq ixrac edib. Pambığın əsas ixracatçıları “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-dir.

İlin yanvar-aprel ayları üzrə pambıq əkini sahəsi, min ha
Rayonlar 2024-cü il 2023-cü il İllik nisbət, %
Ağcabədi              12.29              11.18 109.9
Saatlı              11.91              10.60 112.3
Sabirabad              10.74                8.77 122.5
Salyan                8.70                4.25 2.0 d.
Beyləqan                8.22                6.49 126.6
Bərdə                7.96                8.43 94.4
Neftçala                7.30                2.33 3.1 d.
İmişli                6.65                5.26 126.5
Biləsuvar                4.32                3.98 108.6
Zərdab                2.94                2.17 135.6
Ağdam                2.60                1.61 161.4
Yevlax                2.33                1.77 131.9
Tərtər                2.00                2.46 81.1
Goranboy                1.44                1.48 97.5
Kürdəmir                0.94                1.41 66.8
CƏMİ                    90.34                    72.18 125.2

 

Son xəbərlər
Digər xəbərlər