2 C
Baku
Saturday, December 14, 2024

Almaniyanın müdafiə naziri: 2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq

“2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq”.

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışında deyib.

O bildirib ki, bu məqsədlə ordunun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilməlidir.

 

Nazir həmçinin Almaniyada müddətli həqiqi hərbi xidmətin yenidən tətbiqini istisna etməyib:

 

“Regionda vəziyyətin daha da gərginləşməməsi üçün 2029-cu ildə müharibəyə hazır olmalıyıq. Bu məqsədə nail olmaq üçün həlledici məqam maliyyə resursları, müvafiq silah-sursat, eləcə də yüksək döyüş hazırlığı səviyyəsinə malik şəxsi heyətin olması vacibdir. Bu məqsədlə 2011-ci ildən ləğv edilən müddətli həqiqi hərbi xidmət yaxın vaxtlarda yenidən tətbiq oluna bilər”.

Son xəbərlər
Digər xəbərlər