12 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda verilən kreditlərin 86,1 faizi sənaye sektorunun payına düşüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 5 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və aqrar sektora yönəlib.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, cari ilin 5 ayı ərzində layihələrin maliyyələşdirilməsinə 2 milyon 324 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur. Verilən kreditlərin 86,1 faizi sənaye sektorunun, 13,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşüb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər