14 C
Baku
Sunday, November 24, 2024

Nazir: “Büdcədə qeyri-neft-qaz gəlirlərinin payı proqnozu üstələyib”

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51.8% çox olub ki, bu da proqnozdan 1.5 faiz bəndi çoxdur.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6.867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.8% çoxdur”, – deyə o qeyd edib.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13.259 milyard manat, xərcləri isə 10.75 milyard manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9% və 20.4% çoxdur. Son nəticədə 4 ayda büdcədə 2.509 milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22.4% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər