18 C
Baku
Friday, November 22, 2024

“Nvidia”nın baş direktoru şirkətin 735 mln. dollarlıq səhmini satmağı planlaşdırır

“Nvidia”nın baş direktoru Jensen Huang şirkətin 735 milyon dollarlıq səhmini satmaq istəyir, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilmiş sənədlərə istinadən “Barron’s” yazıb. Nəşr məbləği iyunun 5-də bağlanış qiyməti əsasında hesablayıb – hər səhm üçün 1224.4 dollar.

Sənədə görə, Huang mart ayında 31 mart 2025-ci ilə qədər 600 000-ə qədər “Nvidia” səhmini satmağı nəzərdə tutan ticarət planını qəbul edib.

“Nvidia” səhmləri iyunun 6-da 1209.98 dollar (-1.18%) səviyyəsində olub. İyunun 7-də isə Bakı vaxtı ilə saat 12:28-də premarketdə onlar 0.55% artıb.

İyunun 5-də “Nvidia”nın bazar dəyəri 3 milyard dolları ötüb. Şirkət kapitallaşmaya görə dünyada ikinci yeri tutur və yalnız “Microsoft”dan geri qalır. İyunun 6-da keçirilən ticarətin nəticələrinə görə, “Nvidia” yenidən “Apple”a uduzub: birincinin kapitallaşması azalaraq 2.976 trilyon dollar, ikincinin kapitallaşması isə 2.982 trilyon dollar təşkil edib.

May ayında “Nvidia” 2025-ci maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb. Şirkətin xalis mənfəəti illik müqayisədə təxminən 7.3 dəfə artaraq 14.88 milyard dollara çatıb. Mayın 22-də ticarətin açılışında şirkətin kapitallaşması Almaniya fond bazarını üstələyib.

Son xəbərlər
Digər xəbərlər