22 C
Baku
Friday, September 20, 2024

“Kia” ABŞ-də 463 min avtomobili geri çağırır

“Kia Motors” avtomobilin öz-özünə yanması ehtimalı səbəbindən ABŞ-dэ 463 min “Telluride” krossoverini geri çağırdığını elan edib. Koreya istehsalçısının ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim etdiyi sənədlərə əsasən, yanğına səbəb avtomobilin elektriklə işləyən ön oturacaqları ola bilər.

“Telluride” – Amerika bazarı üçün xüsusi olaraq hazırlanmış “Kia”nın ən böyük avtomobilidir. Geri çağırılma 2020-ci ildən bu günə qədər istehsal edilmiş avtomobillərə aiddir. NHTSA-ya təqdim edilən sənədlərdə bildirilir ki, istehsalçı “Telluride” avtomobillərində elektriklə işləyən ön oturacaqların nasazlığı səbəbindən bir neçə tüstülənmə hadisəsindən xəbərdardır. Bu halların heç biri qəza və ya sürücü və sərnişinlərin xəsarət alması ilə nəticələnməmişdir.

Son xəbərlər
Digər xəbərlər