7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq

Bu gün lisenziyası ləğv edilən “Texnikabank” ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu hələ dəqiq məlumat deyil.

A.Cavadov qeyd edib ki, hazırda iki bank – “Bank of Azerbaijan” və “Gəncəbank” – müflis elan edilib: “Onların əmanətlərinin ümumi həcmi təqribən 26 milyon manat təşkil edir”.

O əlavə edib: “Texnikabank” müflis elan edilsə, biz ümumilikdə 100 milyon manatdan bir qədər artıq kompensasiya ödəmələyik (“Bank of Azerbaijan” və “Gəncəbank” nəzərə alınmaqla). Bizim 132 milyon manatımız mövcuddur, buna görə də kompensasiyaların qaytarılması ilə bağlı problem olmayacaq. Həttə bütün kompensasiyanı ödəmək üçün vəsaitimiz çatmasa, bizim Mərkəzi Bankla razılaşmamız var ki, tənzimləyicinin özü çatışmayan vəsaiti qarşılayacaq”.

Trend

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər