-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank: “Premium Bank”ın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub, cərimə yazılıb

Azərbaycan Mərkəzi Bankı “Premium Bank” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunmasına dair açıqlama verib.

Banker.az bu məlumatı Mərkəzi Bankdan əldə edib.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.

Qeyd edilir ki, müvafiq pozuntu aradan qaldırılıb.

Xatırladaq ki, Mərkəzi Bank cari ildə ikinci dəfədir ki, “Premium Bank” ilə bağlı inzibati xəta aşkar edir. Fevral ayında da bu bankla bağlı açıqlama verilmişdi. Belə ki, AMB tərəfindən xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvar ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Premium Bank” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdi.

Son xəbərlər
Digər xəbərlər