İş adamı İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sistemlərinin yeni versiyalarına ChatGPT çat-botunu inteqrasiya edərsə, o, şirkətlərində korporasiyanın cihazlarından istifadə etməyi qadağan edəcək.
Mask sosial mediada yazıb: “Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”.
Milyarder şirkətin “öz süni intellektini yaratmaq üçün kifayət qədər ağıllı olmadığını” və istifadəçilərin təhlükəsizliyini “OpenAI”yə həvalə etməsini absurd hesab edir. O həmçinin heç kimin məlumatlarının istifadəsinə razılıq verməzdən əvvəl şərtləri oxumadığını vurğulayıb.
Xatırladaq ki, “Apple” iyunun 10-da iPhone və Mac üçün “Apple Intelligence” (AI) adlı süni intellektlə işləyən funksiyalar toplusunu təqdim edib. Eyni zamanda, korporasiya ChatGPT-ni “Siri” səs köməkçisinə də inteqrasiya edib.