11 C
Baku
Thursday, November 14, 2024

BP-nin gəlirləri yarıbayarı azalıb

Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 milyard dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 milyard dollar) nisbətən 51% azdır.

“Report” xəbər verir ki, bu, BP şirkətinin ötən ilin yekunları ilə bağlı məlumatında qeyd olunub.

Ötən ilin sonuncu rübündə isə bu göstərici 196 milyon dollar təşkil edib ki, bu da 2014-cü ilin sonuncu rübündən (2,2 milyard dollar) 91% azdır.

Məlumatda qeyd olunub ki, 2016-cı ildə şirkətin 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minə qədər əməkdaşının ixtisar olunacağı gözlənilir.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər