10 C
Baku
Friday, December 13, 2024

“PAŞA Kapital”ın müştərilərinin xaricdəki portfeli 660 mln. manat ətrafındadır

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin müştərilərinin əsas hissəsi xarici dövlət stiqrazlarını seçir.

Banker.az xəbər verir ki, bununla bağlı investisiya şirkətinin direktoru Ceyhun Hacıyev mətbuat konfransında bildirib.

Burada, ABŞ-nin xəzinə istiqrazları, həm də yerli – Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarıdır. Cənub Qaz Dəhlizinin və SOCAR-ın xaricdə ticarət olunan istiqrazları da həmin portfeldə var.

Ümumilikdə yerli rezidentlərin xaricdəki vəsaitlərin cari dəyərə əsasən həcmi 660 mln. manatdır ($388 mln.) və bu da ümumi bazarın 50%-nə bərabər olması deməkdir.

Səhmlərin sayı bir qədər azdır. Hazırda səhmlərin ümumi xaricdəki istiqrazlar üzrə payı 10%-dir. Səhmlər üzrə bu rəqəm bir qədər azdır və əsasən NASDAQ və SP500 indeksində olan şirkətlərə üstünlük verilir. Burada bankdan texnoloji emitentlər də var.

O bildirib ki, hazırda 1500 müştərimiz marja ticarəti ilə məşğuldur və onların 400-ü aktiv istifadəçilərdir.

Son xəbərlər
Digər xəbərlər