Cari ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2.2 faiz çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1.6 faiz artaraq 1141.8 manat olub.