10 C
Baku
Wednesday, December 11, 2024

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

Toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

3. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

4. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

5. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

6. Vergi Məcəlləsinə, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

7. “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

8. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

10. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

11. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər