26 C
Baku
Wednesday, October 2, 2024

Proqram və oyun tərtibatçısı “Voodoo” “BeReal”ı 500 mln. dollara alıb

Mobil proqram və oyuntərtibatçısı “Voodoo” şirkəti “BeReal”ı 500 milyon dollara alıb. Müqavilənin şərtlərinə görə, “BeReal”ın həmtəsisçisi və baş direktoru Aleksis Barreiat keçid dövründən sonra şirkəti tərk edəcək. Sosial şəbəkəyə “Wizz” şirkətinin baş direktoru Emerik Roffe rəhbərlik edəcək.

Baş icraçı direktor Aleksandr Yazdi “Financial Times”a bildirib ki, “Voodoo” şirkəti gəlirli etmək üçün “BeReal”da reklam platforması yaratmağı planlaşdırır. “Voodoo” həmçinin xidmətin aktiv istifadəçilərinin sayını artırmaq istəyir.

Xatırladaq ki, “BeReal” tətbiqi 2019-cu ildə yaradılıb. Tətbiq daha populyar olan “Instagram” sosial şəbəkəsinə bənzəyir, lakin burada paylaşılan fotoların redaktəsi mümkün deyil. Tətbiqin əsas məqsədi insanların komplekslərdən azad olması və şəkilləri olduğu kimi paylaşmasıdır. İstifadəçilərə hər gün müxtəlif vaxtlarda şəkil çəkdirmək barədə bildiriş göndərilir.

“Voodoo”nun məlumatına görə, “BeReal”ın əsas auditoriyası ABŞ, Fransa və Yaponiyadadır. Üstəlik, bu ölkələrdə istifadəçilərin yarısı proqramdan həftədə ən azı altı gün istifadə edir.
2022-ci ilin sentyabrında “TikTok” “BeReal”a bənzər real vaxt rejimində video və foto paylaşma xüsusiyyətini əlavə edib. 2022-ci ildə “BeReal” “The Information”a görə ən iddialı 50 startap siyahısına və “Apple”a görə ən yaxşı proqram və oyunların reytinqinə daxil edilib.

Son xəbərlər
Digər xəbərlər