13 C
Baku
Sunday, September 29, 2024

Domino prinsipi və həyat

Domino prinsipi –bu nəzəriyyənin mahiyyəti özünün onda göstərir ki, istənilən bir dəyişiklik öz ardınca uzun bir dəyişikliklər zəncirinin yaranmasına səbəb olur, necə ki, ard-arda yığılmış domino daşlarından biri aşdıqda bir-birinin ardınca daşların hamısı yıxılır. Bizlərdən hər biri bu prinsip ilə gündəlik olaraq rastlaşır, lakin onun fərqinə varmır.

Sanki ilk baxışda bir-biri ilə qəti əlaqəsi olmayan hadisələrin bir-birinə bağlılığı, daha doğrusu birinin digəri təsir edə bilməsi necə də təəccüblü görünür. Hətta adi təmizlik işləri və ya dolabın səliqəyə salınması da sizi xoşbəxt edə bilər. Necə?

Dolabı səliqə-sahmana saldıqda, sizin əşyalarınız daha ehtiyatlı yığılmış olur. Əşyaları səliqəli yaxşı saxlamaq, onların davamiyyət müddətini uzadır. Bu isə o deməkdir ki, siz onları daha gec-gec təzələməli olacaqsınız. Nəticədə də təzə əşyalar almağa daha az pulunuz çıxacaq. Daha az pul xərcləyən insanın isə borcu da daha az olar. Borcları olmayan insanın isə maliyyə stressləri daha az olar. Maliyyə cəhətdən stress yaşamayan insan isə şəxsiyyət baxımından daha sərbəst (mənəvi rahat) olar. Şəxsi azadlıq isə sizə öz arzunuzu reallaşdırmağa daha çox boş vaxt imkanı verəcək. Siz arzunuza nə qədər çox vaxt ayırsanız, xoşbəxtliyə də bir o qədər tez qovuşacaqsınız.

Bəziləri fikirləşir ki, öz həyatını dəyişmək çox çətindir. Amma əslində sadəcə başlamaq lazımdır və başlamağa dəyər. Dəyişikliklərə doğru atılmış hər yeni addım əvvəlkindən daha asan olur. Əgər siz başlanğıc nöqtəsini düz seçsəniz və yetərincə, lazım olduğu qədər səy göstərsəniz, zəncirvarı reaksiya sizi həyatınızın elementlərini bir-birinin ardınca yaxşılaşdıraraq, sizi hədəflərinizə çatdıracaq.

Son xəbərlər
Digər xəbərlər