Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Turan İ.O.” MMC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bağlanmış 1-ci müqavilədə Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 50 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 517 217AZN təşkil edir.
2-ci müqavilədə isə Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 132 şagird yerlik məktəb binasının tikintisi nəzərdə tutulur. Müqavilənin məbləği 2 707 750 AZN-dir.