10 C
Baku
Saturday, November 23, 2024

“Bloomberg”: Uran qiymətləri son beş ildə 233% artıb

Son beş ildə uranın qiyməti 233% artıb, bu barədə “Bloomberg” agentliyi yazır.

Nəşr qeyd edir ki, uranın qiyməti qızıl və misdən üç dəfə çox artıb. Artım nüvə enerjisinə dönüşün miqyasını və sürətini nümayiş etdirir.

Uranın qiymətlərinin artması səbəbindən treyderlər uran şirkətlərinin səhmlərini “çılğıncasına alıb-satırlar”. Məsələn, Kanadada mədən şirkətlərinin dəyəri son dörd il ərzində 400%-dən çox artıb.

“NexGen” şirkətinin bazar dəyəri təxminən 4 milyard dollardır. Hazırda o, metal satmır və ən azı 2028-ci ilə qədər bunu etməyi planlaşdırmır.

Son xəbərlər
Digər xəbərlər