18 C
Baku
Friday, November 22, 2024

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə Banker.az-a ARDNF-dən bildirilir.

Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.


Doğulduğu tarix

8 aprel 1982-ci ildə anadan olmuşdur.

İş təcrübəsi

2006-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində treyder, baş risk təhliliçisi, baş treyder, portfel meneceri vəzifələrində çalışıb.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

2016-2020-ci il 1 sentyabr tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.

2020-2024-cü il 12 iyun tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsində işləyib.

2024-cü il 12 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Təhsili

1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb, iqtisadçı.

2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalvr təhsil alıb.

2005 – 2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb.

Xarici dillər

İngilis, rus, türk, fransız

Sertifikatlar

“Chartered Financial Analyst”(CFA)

“Certificate in Investment Performance Measurement” (CPIM)

Ailə vəziyyəti

Evlidir, bir övladı var.

Son xəbərlər
Digər xəbərlər