Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.
Bu barədə universitetdən məlumat verilib.
Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.
Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.
Xatırladaq ki, bundan əvvəl klinikanın direktoru vəzifəsini Cavid Paşayev icra edib.
Bundan başqa, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına da yeni direktor təyin olunub.
Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.