Bu günə qədər 46 mindən çox tələbə kredit almaq üçün müraciət edib.
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Təhsil TV-də yayımlanan “Təhsil Masası”nda deyib. O bildirib ki, ümumilikdə 36 min 411 tələbə təhsil kreditindən yararlanıb. Bəhruz Əzimov təhsil krediti müraciətlərinin 80 faizinin rəsmiləşdirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi iyunun 21-dək uzadılıb.
Təhsil tələbə kreditlərindən yararlanmaq istəyənlər e-ttkf.edu.az portalına daxil olaraq öz müraciətlərini rəsmiləşdirə bilərlər.