6 C
Baku
Saturday, December 14, 2024

Ruanda prezidenti parlamenti buraxıb

Ruanda prezidenti Pol Kaqame gələn ay keçiriləcək prezident və parlament seçkiləri öncəsi ölkə parlamentini buraxıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Ruanda konstitusiyasına görə, prezident parlamenti qanunverici orqanın səlahiyyət müddətinin bitməsinə azı 30 gün və ən çoxu 60 gün qalmış buraxır.

Ruanda parlamenti 2018-ci ildə beş il müddətinə öz işinə başlayıb. Onun mandatının 2023-cü ildə başa çatacağı gözlənilirdi, lakin prezident və parlament seçkilərinin eyni gündə keçirilməsinə icazə verən konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyət müddəti uzadılıb.

Ruandada prezident seçkiləri iyulun 15-nə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər