1 C
Baku
Saturday, December 14, 2024

Zelenski: Rusiya ilə dondurulmuş münaqişə olmayacaq

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara başlamaq üçün yeni şərtlər uydurub.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky TG24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Kreml rəhbərinin bu cür bəyanatları ultimatumdur.

“Nə deyə bilərəm? Bu mesajlar ultimatumdur, onun əvvəllər Putinin irəli sürdüyü digər ultimatumlardan heç bir fərqi yoxdur”, – Ukrayna dövlət başçısı vurğulayıb.

V.Zelenski qeyd edib ki, Rusiya ilə heç bir dondurulmuş münaqişə olmayacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyində çıxış edən Vladimir Putin Rusiyanın Ukrayna ilə nə vaxt danışıqlar apara biləcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər