13 C
Baku
Friday, November 22, 2024

G7: Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir

Yeddilik Qrupu (G7) hesab edir ki, Rusiya Dünya Bankının 486 milyard dollar dəyərində qiymətləndirdiyi Ukraynaya dəymiş ziyanı kompensasiya etməlidir.

Bu barədə G7 liderlərinin İtaliyada başa çatan sammitdə qəbul edilmiş yekun bəyanatında qeyd olunub.

“Rusiyanın vurduğu zərərin ödənilməsi ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəlikləri aydındır və buna görə də biz Rusiyanın bu öhdəliklərə əməl etməyə məcbur edilməsinin bütün mümkün hüquqi yollarını nəzərdən keçirməyə davam edirik”, – sənəddə vurğulanıb.

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət Ukraynaya kredit verilməsi üçün zəmanət kimi istifadə olunacaq. Mətndə qeyd edilir ki, Qərb maliyyə institutlarının yurisdiksiyasında olan suveren Rusiyanın aktivləri “Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri ödəyənə qədər” dondurulacaq.

Son xəbərlər
Digər xəbərlər