Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin beş ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 milyon manat çox olmaqla 2 milyard 768 milyon manat təşkil edib.
“Banker.az”a Nazirlikdən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 292 milyon manat olub.
Yanvar-may aylarında DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 milyon manat çoxdur.