“Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti 22.07.2024-cü il tarixində, saat 12:00-da səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi haqqında elan edir.
Banker.az xəbər verir ki, yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 1-dir.
Yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərin təyin edilməsi.
2. Nizamnamənin qanunvericiliyə uyğunlaşdırılması ilə yeni redaksiyada təsdiqi.
3. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 (on milyon) AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
4. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin və yem zavodunun icarəsi müqaviləsinin bəyənilməsi və təsdiq olunması.
5. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
6. Digər məsələlər. Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəsiyyət vəsiqəsini təqdim etməlidirlər.