13 C
Baku
Friday, November 22, 2024

“Baku Electronics”in kapitalı 17 mln. manata çatdırılıb

“NAB Holding”in mağazalar şəbəkəsi “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 11 faiz artırılıb.

Banker.az xəbər verir ki, mağazalar şəbəkəsi 1.6 milyon manat və ya 10.6% artırılmaqla 16.75 milyon manata çatdırılıb.

Sonuncu dəfə “Baku Electronics”in nizamnamə kapitalı 2024-cü ilin aprelində 2.4% artırılmışdı. Beləliklə, ilin əvvəlindən nizamnamə kapitalı 1.85 mln. manat və ya 12.4% artırılmış olub.

Xatırladaq ki, “Baku Elektroniks” MMC 2001-ci ildə yaradılıb və Saeid Nakhjavani onun direktorudur. Şirkət “NAB Holding”ə daxildir.

Son xəbərlər
Digər xəbərlər