13 C
Baku
Friday, November 22, 2024

Yaponiyada inflyasiya 2.8%-dək sürətlənib

Yaponiyada istehlak qiymətləri may ayında illik müqayisədə 2.8% artıb, ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin hesabatında deyilir.

Artım tempi apreldəki 2.5%-lə müqayisədə artaraq bu ilin fevralından bəri ən sürətli olub.

Ölkənin mərkəzi bankı tərəfindən izlənilən əsas göstərici olan təzə qida istisna olmaqla qiymətlər apreldə 2.2% artdıqdan sonra keçən ay 2.5% artıb. Bu, analitiklərin orta proqnozundan aşağıdır, “The Japan Times” yazır.

Qiymət artımının sürətlənməsi, ilk növbədə, əvvəllər ardıcıl on beş ay ərzində ucuzlaşan elektrik enerjisinin maya dəyərinin kəskin artması (14.7%) hesabına baş verib. Ərzaq – 4.1%, geyim – 2.2%, nəqliyyat xidmətləri 2.3% bahalaşıb, təhsil xidmətlərinin qiymətləri isə 1% ucuzlaşıb.

Ərzaq və enerji məhsulları istisna olmaqla, may ayında inflyasiya bir ay əvvəlki 2.4% ilə müqayisədə 2.1% təşkil edib.

Yaponiyada istehlak qiymətləri may ayında əvvəlki ayla müqayisədə 0.5% artıb. Aprel ayında isə 0.2% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər