Böyük Britaniyanın dövlət borcu may ayında 2.74 trilyon funt-sterlinqə (3.47 trilyon dollar) çatıb və bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 99.8%-ni təşkil edir. Belə məlumatları bu gün, iyunun 21-də Britaniya Milli Statistika İdarəsi dərc edib.
Qeyd edək ki, bu, 1961-ci ildən bəri dövlət borcunun ÜDM-ə nisbətdə rekord göstəricidir. 2023-cü ilin may ayı ilə müqayisədə bu rəqəm 3.7 faiz bəndi artaraq ÜDM-in 96.1%-ni təşkil edib.
Böyük Britaniyanın milli borcu COVID-19 pandemiyası zamanı artıb, sonra yavaş iqtisadi artım və faiz dərəcələrində kəskin artımın mənfi təsirinə məruz qalıb. HSBC-nin Avropa üzrə baş iqtisadçısı Simon Uells bildirir ki, dövlət borcu əvvəlcə qlobal maliyyə böhranı, sonra isə COVID-19 zamanı artıb, ona görə də indi yüksək səviyyədədir.