Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib, Banker.az bu barədə Kommersant.ru-ya istianadən xəbər verir.
Yeni paket çərçivəsində Rusiyada 116 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar Rusiyanın mayeləşdirilmiş qaz sənayəsinə də də təsir edib: onun Avropa limanlarından tranzitinə məhdudiyyətlər qoyulub. Qeyd olunur ki, Aİ Rusiyadan LNG almağa davam edəcək, lakin onun təkrar ixracını qadağan edəcək.
Bundan əlavə, Aİ öz aviaşirkətlərinə Rusiyadan fiziki və hüquqi şəxslərin sifarişi ilə dünya üzrə çarter və şəxsi uçuşlar həyata keçirməyi qadağan edib.
Üçüncü ölkələrə hərbi mallar satan Aİ şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyən etməli və qiymətləndirməlidir.
Bundan əlavə, Aİ Rusiyadan helium və manqan filizinin idxalını, bir sıra plastik növlərinin, nadir torpaq elementlərinin və elektron komponentlərin Rusiyaya ixracını məhdudlaşdırıb.