Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə 11 iyul 2024-cü il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.
Banker.az xəbər verir ki, 11 iyul 2024-cü ildə “AGBank” və “Bank of Azerbaijan” ASC-lərin, “Bank Standard” QSC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
“Bank of Azerbaijan” ASC-nin balansındakı daşınmaz əmlak Qazax rayonu, Daş Salahlı kəndində xüsusi mülkiyyətdə olan, 0.0074 ha torpaq sahəsində yerləşən 24.50 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 25.000 manatdır.
“Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261, b4 ünvanında yerləşən, ümumi sahəsi 197 kv.m olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 450.000 manatdır.
“AGBank” ASC-nin balansındakı daşınmaz əmlak Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanında yerləşən 320 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 300.000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.