12 C
Baku
Thursday, November 14, 2024

Bu gündən “Gəncəbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanır

30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Bu barədə fonddan məlumat verilib.

Fondun Himayəçilik Şurasının 2 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Rabitə Bank”, “Unibank” və “Kapital Bank” seçilib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılacaq.

Ərizə formalarını qorunan əmanətçilər 4 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

 

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Gəncəbank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:

APA-Economics

Son xəbərlər
Digər xəbərlər