6 C
Baku
Sunday, December 15, 2024

“Salyan Taxıl” şirkətinin zərəri daha da artıb

“Salyan Taxıl” ASC 2023-cü ili 111 min manat xalis zərər ilə başa vurub. 2022-ci ildə şirkətin zərəri 100 min manat olub ki, bu da illik müqayisədə zərərin 11% artması deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Salyan Taxıl” ASC-nin əsas əməliyyat gəlirləri 49 219 manat (əvvəlki ilə nisbətən 12% az), əməliyyat xərcləri 37 579 manat (41% çox) təşkil edib.

Hesbat dövründə şirkətin cəmi aktivləri 4 milyon 801 min manatdan 4 milyon 826 min manata çatıb.

Xatırladaq ki, “Salyan Taxıl” ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 241 534 manatdır və qanuni təmsilçisi Mehman Həsənovdur.

 

 

Son xəbərlər
Digər xəbərlər