“BOA AGENCY” Açıq Səhmdar Cəmiyyəti, 27.07.2024-cü il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin maliyyə göstəricilərinin müzakirəsi və dividend məsələsinə baxılma.
2. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla bağlı Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək müraciət etmək olar.