Ukrayna Avropa İttifaqından 1.9 milyard avro şərtsiz maliyyə alıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“Ukraynanın dövlət büdcəsi Avropa İttifaqından 1.9 milyard avro məbləğində şərtsiz maliyyələşdirmə alıb”, – mesajda deyilir.
Nazirliyin məlumatına görə, 2022-ci ilin fevral ayından etibarən Avropa İttifaqı Ukraynaya birbaşa büdcə yardımı olaraq demək olar ki, 35 milyard avro ayırıb.
Aİ-dən Ukraynaya büdcə yardımının ilk tranşı martda olub və 4.5 milyard avro təşkil edib, apreldə Avropa Komissiyası daha 1.5 milyard avro köçürüb. Ümumilikdə, Kiyev 2024-cü ildə proqram çərçivəsində 16 milyard avro almağı planlaşdırır.