Dünyanın ən böyük mebel şirkəti IKEA tezliklə Ukraynaya qayıtmaq niyyətindədir.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, İsveç şirkəti artıq ölkədə işini bərpa etməyə hazırlaşır.
Xatırladaq ki, IKEA 2022-ci ilin fevralında, Rusiya-Ukrayna arasında müharibə başladıqdan sonra Ukraynadakı fəaliyyətini dayandırmışdı.