2023-cü il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə 1 milyon 699 min manat ödənişlər olub. Hesabat təqdim edilərkən, baş rəhbərliyə SOCAR-ın Prezidenti və 10 vitse-prezident daxil edilib.
Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş audit hesabatında bildirilir.
2022-ci ildə rəhbərliyə ümumi ödənişlərin həcmi 1 milyon 844 manat təşkil etmişdi. 2022-ci ildə isə SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və 9 vitse-prezidenti var idi.
Beləliklə, regionun nəhəng neft-qaz şirkətinin rəhbərliyinə ödənişlər illik müqayisədə 185 min manat və ya 10 faiz azalıb.
Şirkət qrupu kimi SOCAR baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlar, eləcə də şirkət qrupunun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.
Qrupun mühüm əməliyyatlar apardığı və ya hesablaşmalar üzrə mühüm balanslara malik olduğu əlaqəli tərəflərlə münasibətlər aşağıda göstərilir.
Hazırda rəhbərlik belədir:
Prezident:
-
- Rövşən Nəcəf
Vitse-prezidentlər:
-
- Anar Məmmədov
- Arzu Cavadova
- Babək Hüseynov
- Elşad Nəsirov
- Əfqan İsayev
- Fuad Musayev
- İsmayıl Zərgərli
- Kənan Nəcəfov
- Zaur Qurbanov
- Ziba Mustafayeva