13 C
Baku
Friday, November 22, 2024

Nazirliyə bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən sabiq direktor barədə qərar verilib

Ali Məhkəmə mədəniyyət müəssisəsinə bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin sabiq direktoru Mehriban Rüstəmova barədə qərar verib.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib və cəzası 3 ay azaldılaraq, 10 il 3 aya endirilib. Daha sonra Mehriban Rüstəmova barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əməkhaqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, Mehriban Rüstəmova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib, həmin müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq vəsaitin əhəmiyyətli hissəsini tələb edərək külli miqdarda (910 min manat) pulu mənimsəməkdə şübhəli bilinib.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirli bilinir.

Cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş kimi tanınıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər