18 C
Baku
Friday, November 22, 2024

İpoteka kreditlərinin həcmi 4 mlrd. manata yüksəlib

Azərbaycan banklarının ipoteka krediti portfelinin həcmi 2024-cü ilin ilk beş ayında 7.3 faiz artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.

1 iyun 2024-ci ilin tarixinin sonuna ipoteka kreditlərinin həcmi 3 mlrd. 893.3 mln. manat təşkil edib.

Cari ilin ilk beş ayında dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna 43.9 mln. manata yüksəlib. Banklar tərəfindən verilən kreditlərin həcmi isə ilk 5 ayda 215.8 mln. manat ipoteka krediti verilərilib.

İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri 134.8 mln. manat olub. 2023-cü ildə bu rəqəm 160.3 mln. manat olmuşdu.

Bununla belə, Fond ilk beş ayda BFB-də istiqraz buraxmaqla 250 mln. manatlıq vəsait cəlb edib ki, illik müqayisədə 2.5 dəfə artımdır.

İpoteka kreditlərinin orta faizi 6.34% (2023-cü ilin əvvəlindən davam edən trend), aylıq ödənişlər isə 443.4 manat təşkil edib. Orta aylıq ödənişlər ilin əvvəlində 432.9 manat idi.

 

 

Son xəbərlər
Digər xəbərlər