10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın 27 yaşlı şirkətinin səhmdarları dəyişir

“Hacıqabul-Kəndkimya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının və onların pay nisbətinin dəyişdirilməsi ilə əlaqədar bir sıra məsələlərin müzakirəsi və hüquqi şəxsin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məqsədilə 01.08.2024-cü il tarixdə səhmdarların növbədənkənar yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, “Hacıqabul-Kəndkimya” ASC-nin hüquqi ünvanında (AZ2415, Hacıqabul rayonu, Muğan ŞTQ) keçiriləcək yığıncaqda səhmdarların iştirak etməsi tələb olunur.

“Hacıqabul-Kəndkimya” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı isə 24 154 manatdır.

Son xəbərlər
Digər xəbərlər