6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycanın müqavimət üçün güclü bazası var”

Azərbaycanın iqtisadi sarsıntılara müqavimət göstərmək üçün güclü bazası mövcuddur. Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov “Financial Times” qəzetinə bildirib.

“Mən razıyam ki, dünyanın əksər karbohidrogen ixrac edən ölkələri, o cümlədən də Azərbaycan dünya iqtisadiyyatında yavaşlama və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar çətinliklər çəkir. Buna baxamayaraq, Azərbaycanın bu sarsıntılara müqavimət göstərmək və iqtisadiyyatın diversifikasiyası ilə əlaqədar islahatlar tepmini sürətləndirmək üçün güclü bazası var. Son 10 ildə bizim iqtisadiyyatımız 3 dəfə, ÜDM-də qeyri-neft sektorunun payı 5 dəfə artıb. Ölkədə yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib və ümumilikdə, infrastruktur yenidən qurulub. Dövlət borcunun ÜDM-də payı cəmi 12% təşkil edir və 39 mlrd. dollar – ÜDM-in 73%-i qədər xarici valyutada ehtiyatlarımız var ki, bu da mümkün xarici və daxili sarsıntılara qarşı təhlükəsizliyi təmin edir”, – deyə Ş.Mövsümov əlavə edib.

ARDNF başçısı bildirib ki, ən vacibi odur ki, qlobal dünyada baş verən yeni çağırışlara iqtisadiyyatı hazırlamaq üçün hökumətin güclü hədəf və məqsədi var.

Ş.Mövsümov xatırladıb ki, ölkənin əhəmiyyətli dərəcədə sübut olunmuş neft və qaz ehtiyatları var ki, bu da illərlə əhəmiyətli gəlirlə təminatı davam etdirəcək.

Report

Son xəbərlər
Digər xəbərlər