3 C
Baku
Saturday, December 14, 2024

Yunanıstan 6 günlük iş həftəsini tətbiq etməyə başlayıb

İyulun 1-dən Yunanıstan hökuməti əlavə pul kompensasiyası ödənilməklə həftədə altı gün işləməyə icazə verib.

Yeni qanunvericiliyin müddəaları 24 saatlıq növbəli iş sisteminə malik şirkət və ya holdinqlərin işçilərinə, habelə müəyyən şərtlərlə 24 saatlıq iş dövrü olmayan təşkilatlara şamil ediləcək.

Altı günlük iş həftəsinə keçmək üçün işəgötürən Yunanıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əvvəlcədən xəbərdar etməli və müəssisə və ya şirkətdə əlavə iş həcminin olduğunu Əmək Müfəttişliyinə sübut etməlidir.

İşçilərə işlədiyi saatlara görə 40% əlavə maaş veriləcək. Altıncı iş günü bazar və ya tətil gününə düşərsə, işçinin gündəlik əmək haqqının 115% -ni təşkil edə bilən bonus hüququ vardır.

“Eurostat”ın məlumatına görə, 2022-ci ildə yunanlar həftədə orta hesabla 42.8 saat işləməklə Avropa İttifaqında (Aİ) ən çox işləyən sakinlər olublar. Lakin işçilərin gəlirlərinə görə Yunanıstan Aİ-də cəmi 15-ci yerdədir.

Son xəbərlər
Digər xəbərlər