6 C
Baku
Friday, December 13, 2024

Bir çox ölkə Əfqanıstana qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracaq

Qətərin paytaxtı Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstanla bağlı 3-cü iclasında iştirak edən Əfqanıstan nümayəndə heyəti bir çox ölkənin bankçılıq və iqtisadiyyatdakı məhdudiyyətləri aradan qaldırmağa söz verdiyini bildirib.

BMT-nin toplantısı ilə bağlı Qətərin paytaxtı Dohada olan Əfqanıstan Müvəqqəti Hökumətinin sözçüsü Zabiullah Mücahid “X” sosial şəbəkəsindəki hesabında məsələ ilə bağlı açıqlama verib.

“Bu günkü görüş çox yaxşı gedir. Bir çox ölkə Əfqanıstanın özəl sektoruna dəstəyini bildirib. Bank və iqtisadi sahədə məhdudiyyətlərin aradan qaldırılacağına söz verildi. Rusiya, Çin, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan , ABŞ və İslam Əməkdaşlıq Təşkilatının mövqeyi təqdirəlayiqdir”, deyə Mücahid deyib.

Onun dediyinə görə Əfqanıstan nümayəndə heyəti bir çox ölkənin nümayəndələri ilə də təkbətək görüşlər keçirib. Əfqanıstan nümayəndə heyəti ölkə nümayəndələrindən Əfqanıstanla əlaqələrini yaxşılaşdırmağı xahiş edib.

Son xəbərlər
Digər xəbərlər