Aynur Bəşirova 1 iyul, 2024-cü il tarixindən etibarən “GL Group”un Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidentinin tabeliyində Korporativ kommunikasiyalar üzrə direktor vəzifəsinə təyin edilib.
Bu barədə şirkətdən Banker.az-a məlumat daxil olub.
Kommunikasiya və media sahəsində 32 ildən çox çalışan Aynur Bəşirova son illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlar üçün kommunikasiya strategiyaları hazırlayıb, çoxsaylı kütləvi tədbirlər həyata keçirib.
Aynur Bəşirova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. O, ABŞ – Azərbaycan münasibətlərini Amerikanın elit mətbu orqanlarında araşdıran ilk tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktorudur.