6 C
Baku
Sunday, December 15, 2024

Cənub Qaz Dəhlizinin gəlirləri 5.19 mlrd. manatı ötüb

Azərbaycan hökuməti ilə Dövlət Neft Şirkətinin birgə payı olduğu “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD və ya SGC) gəlirləri 2023-cü ildə artıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, 2023-cü ildə  5 milyard 194 milyon manat və ya hesabat dövrünə olan məzənnə ilə 3 mlrd. 55 milyon ABŞ dolları həcmində gəlir əldə edib. 2022-ci ildə 4 milyard 494 milyon manat gəlir etdiyini nəzərə alsaq, gəlirlər 2023-cü ildə 16% artım nümayiş etdirmiş olur.

Azərbaycan qazının xaricə nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” Azərbaycan Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmasına dair sərəncam imzalamışdır.

CQD Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Şirkətin satışlarının maya dəyəri 2023-cü ildə 999 milyon manat, ümumi və inzibati xərclər 625 mln. manat, paylaşma xərcləri 273 mln. manat, maliyyə xərcləri 954 mln. manat olarkən, digər gəlirlər – 116 mln. manat, faiz gəlirləri 198 mln. manat və asılı müəssisələrin nəticələrindəki paydan 121 mln. manat gəlir daxil olub. Beləliklə, 894 milyon manat mənfəət vergisi ödədikdən sonra, mənfəət 2 mlrd. 167 milyon manat (1 mlrd. 275 mln. dollar) təşkil edib. 2022-ci ildə 2 mlrd. 829 mln. manat mənfəət əldə etmişdi.

Qeyd edək ki, 2022-ci ildən etibarən şirkətin kapital balansında yığılmış zərərdən xilas olaraq, bölüşdürülməmiş mənfəətlə əvəzlənmişdi. 2023-cü ilin əvvəlində 962 mln. dollar bölüşdürülməmiş mənfəət vardı.

Son xəbərlər
Digər xəbərlər