“WhatsApp” şəkillərin generasiyası funksiyasını işə salır. “WABetaInfo” redaktorları tərəfindən dərc edilmiş skrinşota əsasən, bunun üçün hazır şəkillərin yüklənməsinə icazə verilməyəcək.
Yeni funksiyadan istifadə etmək üçün messencerə daxil olmaq, tətbiq daxilindən bir foto çəkmək və süni intellekt üçün sorğu (prompt) yaratmaq lazım gələcək.
Generasiya “Meta”nın Llama 3 modeli əsasında işləyəcək. Promptlar bu şəkildə qurulacaq: “Məni … şəkildə təsvir et”. Məsələn, meşədə və ya kosmosda. Sorğu göndərdikdən sonra süni intellekt ona uyğun təsvirlər yaratmağa başlayacaq.
Qeyd edək ki, ilkin olaraq şəkillərin generasiyası funksiyası deaktivdir. Onu parametrlər bölməsində aktivləşdirmək mümkün olacaq.