15 C
Baku
Sunday, November 24, 2024

“Tesla” ikinci rübdə tədarükü 5% azaldıb

Amerikalı elektrikli avtomobil istehsalçısı “Tesla Inc.” ikinci rübdə tədarükü azaldıb, lakin nəticə bazar proqnozlarından yaxşı olub.

Şirkətin açıqlamasına görə, ötən rübdə o, bazara 443.956 min elektromobil təqdim edib ki, bu da bir il əvvəlkindən 4.7% azdır.

“FactSet”in sorğusuna qatılan ekspertlər orta hesabla “Tesla”nın tədarükünün 436 min avtomobil olacağını proqnozlaşdırıblar.

Aşağı büdcəli Model 3 və Model Y modellərinin tədarükü 422.405 min, digərləri isə 21.551 min təşkil edib.

“Tesla” avtomobillərinin istehsalı aprel-iyun aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 14.3% azalaraq 410.831 min ədəd olub.

Şirkət iyulun 23-də ikinci rüb üçün tam maliyyə hesabatlarını açıqlayacaq.”Tesla” səhmləri çərşənbə axşamı ticarətdə 6% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 10.6% azalıb.

Son xəbərlər
Digər xəbərlər