Banker.azın Daxili işlər nazirliyinə istinadən verdiyi məlumata görə,bankomatdan oğurluğa cəhd etmiş şəxs həbs edilmişdir.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki “Beynəlxalq Bank”a məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.