13 C
Baku
Saturday, November 23, 2024

“General Motors” konserni 145.8 milyon dollar cərimələnib

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” 145.8 milyon dollar cərimə ödəməlidir.

Cərimə avtomobil konserninin atmosferə atılan emissiya qazları ilə bağlı hakimiyyət orqanlarına yanlış məlumat verməsi səbəbindən təyin edilib. Məlum olub ki, “General Motors” avtomobillərinin havaya atdığı karbon qazının miqdarı sənəddə göstəriləndən 10 faiz çoxdur.

Qeyd edək ki, “General Motors” ABŞ-da populyar olan “Chevrolet”, “Buick”, “Cadillac” və GMC avtomobillərini istehsal edir. O, satış həcminə görə dünyada beşinci ən böyük avtomobil istehsalçısıdır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər