19 C
Baku
Saturday, October 5, 2024

“Ermənistan” AES bağlanır, ABŞ və Aİ yenisini inşa edəcək

ABŞ və Avropa İttifaqı Ermənistanda enerjinin diversifikasiyası çərçivəsində modul tipli atom-elektrik stansiyası inşa edəcək.

Bu barədə “Hraparak“ nəşri məlumat yayıb.

Yazıda bildirilir ki, bununla bağlı gizli razılaşma Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlərdə əldə edilib. Öz növbəsində rəsmi İrəvan hələlik müvafiq tələbin irəli sürüldüyünü inkar edir.

Məqalənin müəllifi yazır ki, Cənubi Qafqazda işləyən yeganə atom-elektrik stansiyası olan “Ermənistan” AES-in bağlanması barədə razılıq əldə olunub.

Qərbin yeni modul tipli AES-in inşası tələbinə gəlincə bu, əsasən mülki əhalinin həyatına təhlükənin qarşısını almaq məqsədi daşıyır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər