Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Prezident İlham Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.
Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.